Şənbə , Dekabr 15 2018
Ana səhifə / İqtisadiyyat / “Exxon Mobil”in ardınca daha bir Amerika neft nəhəngi “Chevron” Azərbaycandan gedir

“Exxon Mobil”in ardınca daha bir Amerika neft nəhəngi “Chevron” Azərbaycandan gedir

“Exxon Mobil” şirkəti ilə yanaşı ABŞ-ın daha bir neft nəhəngi– “Chevron” korporasiyası Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsinə dair layihədəki payını satmağa hazırlaşır. virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” bildirir.

Agentlik “Exxon Mobil” şirkətinin həmin layihədəki 6.8 faizlik payını 2 milyard dollara satmaq planları ilə bağlı konsorsiumdakı digər Amerika şirkəti “Chevron”dan şərh almağa çalışıb. Bu şirkətdən deyiblər ki, onlar özləri  də konsorsiumdakı 9.6 faizlik paylarını satmağı planlaşdırırlar. Beləliklə, 25 ildən sonra Amerika neft-qaz şirkətləri Azərbaycanı tərk edir. “Əsrin müqaviləsi”ində cəmi 5 Amerika şirkəti yer alırdı və indiyədək onlardan 3-ü paylarını satıb getmişdi.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb – QİYMƏTLƏR

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Trend-in məlumatına görə, dekabrın 14-də qızılın qiyməti dekabrın 13-ü ilə …