Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ekspert: “Birdən-birə neftdən asılılığı aradan qaldıra bilmərik”

Ekspert: “Birdən-birə neftdən asılılığı aradan qaldıra bilmərik”

2019-cu ildə Azərbaycanın icmal büdcəsinin xərclərinin ortamüddətli və uzunmüddətli idarə olunması üzrə yeni büdcə qaydalarının tətbiq olunması dövlət büdcəsinin neft qiymətlərinin dəyişkənliyindən asılılığını azaldacaq. Bunu parlament komitələrinin iclasında dövlət büdcəsinin müzakirəsi zamanı Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan artıq neftdən asılılığını azalda bilib:

“Beynəlxalq reyting agentliklərinin son hesabatlarında da bu əks olunub. Ölkədə aparılan iqtisadi islahatlar davamlı və sürətli şəkildə gerçəkləşdirilir. Neft gəlirlərinin qeyri-neft sektorunun inkişaf etdirilməsinə sərf olunması bu azalma da xüsusi rol oynayır. Azərbaycanın nəqliyyat  sahəsindəki rolu və qaz ixracını artırması neftdən asılılığın azalmasına təsir edib. Ancaq onu da nəzərə almalıyıq ki, biz birdən-birə neftdən asılılığı aradan qaldıra bilmərik”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …