Bazar , Yanvar 20 2019
Ana səhifə / İqtisadiyyat / Ekspert: “Azərbaycan sahibkarları üçün türk lirəsinə keçid məqbul deyil”

Ekspert: “Azərbaycan sahibkarları üçün türk lirəsinə keçid məqbul deyil”

Türkiyə və Azərbaycanın ticarətdə milli valyutaya keçməsi üçün danışıqlar aparılır. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu məsələ çox problemli görünür:

“Çünki Azərbaycan ixracatçıları üçün qarşlıqlı ticarət əlaqələrində türk lirəsinə keçid məqbul deyil. Heç bir biznes qurum zərərlə işləməyə hazır deyil. Bunu normal qəbul etmək lazımdır. İqtisadiyyatın əsaslarından biri biznes proseslərinin rentabelli və  mənfəətli olmasından ibarətdir. Düşünürəm ki, bu keçid bəlkə hansısa dövlət layihələrində qısa müddətli mümkün olsun. Amma düşünmürəm ki, hazırki şəraitdə Azərbaycan və Türkiyənin xarici ticarət əlaqələrində milli valyutaya keçilməsi dayanıqlı və iri həcmli olsun”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb

Azərbaycandan Belarusa ixracın həcmi isə 22 milyon 902 min 84 dollar olub. Ötən il Azərbaycan …