Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Dünyanın ən dəhşətli qatili – Faktlar

Dünyanın ən dəhşətli qatili – Faktlar

Dünya tarixinə adını qanlı hərflərlə yazdırmış amansız qatillərdən biri də Karl Panzramdır.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, 21 nəfəri öldürən, 1000-dən çox gənc və yetkin insana təcavüzdə ittiham olunan, “cinayət maşını” adı verilən Karl Panzram 1891-ci ildə Minnesota əyalətində dünyaya gəlib.

8 yaşı olarkən Karlı atası tərk edir və bu yaş onun üçün bütün faciələrin başlanğıc ili olur. Atıldığı uşaq evində cəzalara, işgəncələrə və təcavüzə məruz qalan azyaşlı, illər sonra yaşadıqları bütün dəhşətləri insanlara tətbiq etmək qərarına gəlir. Edam olunduğu günə qədər “Törətdiyim amansız cinayətlərin heç biri üçün zərrə qədər peşman deyiləm”, – deyən Karl daim insanlara nifrət etdiyini dilə gətirib:

“Özüm də daxil olmaqla lənətə gəlmiş insan irqinə nifrət edirəm”.

Panzramı sadistləşdirən və peşmanlıq hissindən məhrum edən səbəb də onun insanlığa yaranmış nifrəti idi və bunu belə izah edirdi:

“Dünya bir …ox çuxurudur və mən bu dünyadan ona ziyan verərək gedəcəyəm”.

Amansız cinayətlərdə adı hallanan Karl istənilən mühitdə cinayət törədirdi. Bir gün gəmi ilə dəniz yolçuluğuna çıxan Karl içki sifariş etmək bəhanəsi ilə on dənizçi gənci yanına çağırır. Planın baş tutduğunu görən amansız qatil təcavüz etdikdən sonra onları güllələyib dənizə atır.

Bundan bir müddət sonra Afrikada timsah ovlamaq üçün pul ödəyib yanında apardığı səkkiz gənci də eyni təcavüzə məruz qoyur. Həmin gəncləri də timsahlara yedirdən sadist düşüncəli vəhşiləşmiş insan 1928-ci ildə Vaşinqtonda həbs edilir. Həbsxanaya gəldiyi gün “Burada məni narahat edəcək ilk insanı öldürərəm”, – deyən Karl Panzram 1 il sonra bu təhdidi həqiqətə çevirir.

1930-cu ildə 21 ölüm və minlərlə təcazüvkarlıq cinayətlərində adı keçən qatil üçün edam cəzası oxunur. Bu “canavar”ın edam kürsüsündə dediyi son sözlər isə dünyanın qanını dondurdu:

“İşini tez gör, cəllad, mən sənin oynadığın zaman ərzində 10 nəfər adam asmışdım!”

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın