Ana səhifə / İqtisadiyyat / “Dövlət Neft Fondunun gəlirləri əvvəlki ilə nisbətən artıb” – EKSPERT

“Dövlət Neft Fondunun gəlirləri əvvəlki ilə nisbətən artıb” – EKSPERT

Rutgers Universitetinin professoru, iqtisadçı – alim Qubad İbadoğlu Facebook sosial şəbəkəsində bir yazı ilə çıxış edib.

Belə ki, Q.İbadoğlu Dövlət Neft Fondunun gündəlik gəlirləri ilə bağlı təhlil aparıb. O, bu ilin 9 ayında əvvəlki ilə nisbətən  Dövlət Neft Fondunun gündəlik gəlirlərnin 20 milyon, aylıq gəlirlərinin isə 600 milyon manatdan çox artdığını bildirib.

İqtisadçı alimin feysbuk hesabında yazdığı həmin yazını sizlərə təqdim edirik:

Bu ilin 9 ayında əvvəlki ilə nisbətən Dövlət Neft Fondunun gündəlik gəlirləri 20 milyon, aylıq gəlirləri isə 600 milyon manatdan çox artıb.

DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqə görə xərci 968,7 milyon manat təşkil edib.

Fond vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 178,9 milyon manata qədər artımına müvəffəq olub.

Dövlət Neft Fondu (DNF) bu ilin 9 ayı ərizində əldə etdiyi gəlirlər və xərcləmələri barədə açıqlama yayıb. Məlum olub ki, DNF-nin büdcə gəlirləri son 9 ayda 14 milyard 437,2 milyon manat, büdcə xərcləri isə 8 milyard manat təşkil edib. Bu isə o deməkdir ki, DNF-nin orta hesabla aylıq gəliri 1,6 milyard manat, gündəlik qazancı isə 53 milyon manat olub. Bu gəlirlərin 93 faizindən çoxu və ya 13 milyard 441,6 milyon manatı 2018-ci ilin yanvar-sentyabr ayları ərzində neft və qaz sazişlərinin icrasından daxil olub. Yerdə qalan 7 faizə qədəri və ya 995,6 milyon manatını ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər təşkil edib.

DNF-nin bu ilin 9 ayında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 faiz və 5 milyard 643,8 milyon manat çox olub. Bu isə o deməkdir ki, bu ilin 9 ayında DNF-nin aylıq gəlirləri əvvəllki ilin eyni dövrü ilə müqayisədə 600 milyon manatadək, gündəlik gəlirləri əvvəllki ilə nisbətən 20 milyon manatdan çox artıb. Bunun başlıca səbəbi dünya bazarındakı yüksək neft qiymətləridir.

Hesabat dövrü ərzində DNF 7 milyard 788,0 milyon manat vəsaiti və ya cəmi xərcləmələrinin 97,35 faizini dövlət büdcəsinə transfer edib. Bununla yanaşı, bu ilin 9 ayında qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə isə 5 milyon manat vəsait yönəldilib.

Dövr ərzində DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq görə xərci 968,7 milyon manat təşkil edib. Bu daha çox avro, funt sterlinq, türk lirəsi, rus rublu və valyuta səbətində olan digər valyutaların məzənnəsində baş verən dəyişikliklərlə əlaqədardır.

Dünya bazarında neftin qiymətinin proqnozlaşdırılandan yüksək olması səbəbində 2018-ci il oktyabrın 1-ə DNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 8,88% artaraq 38 milyard 987,7 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımında pozitiv tendensiya əsasən dünya bazarında neftin qiymətinin bahalaşması hesabına təmin olunub. Lakin, bununla yanaşı, DNF dövr ərzində vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərinin 178,9 milyon manata qədər artımına müvəffəq olub. Hesab edirəm ki, bu Fondun yeganə nailiyyəti hesab oluna bilər. (Musavat.com)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …