Ana səhifə / İqtisadiyyat / Deputat: Dövlət zəmanətilə kredit götürmüsən, zəhmət çək, ödə

Deputat: Dövlət zəmanətilə kredit götürmüsən, zəhmət çək, ödə

Mən gözləyirdim ki, büdcə müzakirələri başqa yöndə gedəcək. Çünki dövlət başçısı cənab İlham Əliyev son müşavirəsində hökumət üzvləri qarşısında ciddi  tapşırıqlar qoydu, ciddi mesajlar səsləndirdi. Xüsusilə də, kölgə iqtisadiyyatının azaldılması, onun qarşısın alınması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı.
Amma gəlin, görək, bu üç tapşırıqla bağlı hansı addımlar atılıb? Çox təəssüflər olsun ki, Vergilərdə və Gömrükdə müəyyən kadr islahatlarının aparılmasına baxmayaraq, hələ də ciddi irəliləyişlər yoxdur. Kölgə iqtisadiyyatı hələ də çox yüksək səviyyədədir.
Oxu.Az-ın xəbərinə görə, bunu büdcə müzakirələrində millət vəkili Vahid Əhmədov deyib.
O qeyd edib ki, vergilərdə hələ də köhnədənqalma “prinsiplər” işləyir.
“Hələ də xoş olmayan məqamlar yaşanır. Mən inanmaq istəyirəm ki, vergilər naziri islahatlar prosesini daha da sürətləndirəcək, neqativlərin, xüsusilə, sahibkarlarla, sahibkarlıqla bağlı əngəllərin tam aradan qaldırılmasına çalışacaq və bunlara nail olacaq.
Eyni zamanda, başqa bir vacib məsələyə toxunmaq istərdim. Dövlət zəmanətilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır. Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir vermək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”, – deyə millət vəkili qeyd edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …