Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Dekabrda dollara tələb yüksələcək” – AÇIQLAMA

“Dekabrda dollara tələb yüksələcək” – AÇIQLAMA

“Manatın kursu yalnız neftin dünya bazar qiymətindən deyil, eləcə də qeyri-neft ixracatımızda əsas tərəfadşlarımızın, xüsusən də Rusiya rublunun vəziyyətindən asılıdır”.
Unikal.org xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil:

“Eyni zamanda, rəsmi statistikaya əsasən, mədən sənayesi ümumi məşğulluğun cəmi 1 faizini formalaşdırır. Fərqli metodologiyadan istifadə olunsa da belə, neft sektorunun məşğulluqda payı 2 faizdən çox deyil. Bu isə o deməkdir ki, məşğulluğun 98 faizi qeyri-neft sektorunda formalaşır. Doğrudur, bu məşğulluq təxminən 40 faizi büdcə ayırmaları hesabına formalaşsa da yenə də qeyri-neft ixracatı bizim üçün nəinki iqtisadi, həm də sosial baxımdan əhəmiyyətini qoruyub saxlayır. Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Bu baxımdan da qonşu ölkələrdə milli valyutaların kursu bizim üçün əhəmiyyətlidir. Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələb yüksələcək. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, vətəndaşlarımızın iki faktora, neftin dünya bazar qiyməti və qonşu ölkələrin, xüsusən də Rusiya rublunun vəziyyətinə diqqət edərək manata təzyiqin olub-olmadığını müəyyənləşdirə bilərlər.

V.Bayramov ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar paketinin neftin dünya bazar qiymətinə təsirindən də danışıb.
Bildirib ki, öncədən proqnozlaşdırıldığı kimi, artıq qlobal neft bazarı İrana qarşı tətbiq edilən sanksiyalara adaptasiya olunub:

“Bu baxımdan, sanksiyaların gücləndirilməsinə baxmayaraq neftin qiyməti nəinki yüksəldi əksinə azaldı. Digər tərəfdən, ABŞ 8 ölkənin İrandan neft almasına növbəti 6 ayda yaşıl işıq yandırdı. Buna görə də, yaxın zamanlarda neftin 1 barelinin qiymətinin 70 dollardan aşağı düşdüyünü görsək heç də təəccüblənməməliyik”.

İqtisadçı icbari tibbi sığortanının 2019-cu ildən tətbiq etmək mümkün olmamasına da münasibət  bildirib. Diqqətə çatdırıb ki, bu gözlənilən idi:

“Çünki, hələlik dövlət xəstəxanaları tam olaraq icbari tibbi sığortanın tətbiqinə hazır deyil. Bu sığorta növünün tətbiqi üçün qeyri-leqal məşğulluğun minimumlaşdırılmasına, sığorta şirkətləri ilə hospitalların münasibətlərinin tənzimlənməsinə ehtiyac var. Sığorta paketlərinin məbləği, ödənişin işçi və işə götürən arasında necə bölüşdürülməsi kimi məsələlər də açıq qalıb. Buna görə də, gələn il sizin əmək haqqınızdan icbari tibii sığorta ayırması tutulmayacaq”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …