Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / “Daşkəsən Filizsaflasdırma”nı yenə alan olmadı

“Daşkəsən Filizsaflasdırma”nı yenə alan olmadı

«Daşkəsən Filizsaflasdırma» Açıq Səhmdar Cəmiyyətinə (ASC) investor axtarışı yenə nəticəsiz olub. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) müsabiqənin vaxtını ilin sonunadək uzadıb.

«Daşkəsən Filizsaflasdırma»nın sayca altıncı müsabiqəsinin müddəti mayın 31-də başa çatıb.

Qurumun mətbuat xidmətindən «Turan» agentliyinə bildiriblər ki, müsabiqə dövründə investorlardan heç bir müraciət daxil olmayıb. İlk müsabiqə 2016-cı ilin sentyabrında keçirilib.

Komitə bu dəfə də potensial iddiaçılara şərtləri dəyişdirməyib. Müəssisəyə qoyulan investisiyaların həcmi qara metallurgiya müəssisələrinin zəncirinin yaradılması nəzərə alınmaqla ən azı 600 milyon dollar olmalı, dövlət büdcəsinə azı 100 milyon manat köçürülməlidir.

İnvestorlar təkliflərini dekabrın 28-dək təqdim edə bilərlər. Bir çox ekspertlər «Daşkəsən Filizsaflaşdırma» ilə bağlı müsabiqənin şərtlərini tənqid edirlər. Həmin ekspertlər investorlar qarşısında qoyulan şərtlərin ağırlığını, investor axtarışının zəifliyini vurğulayırlar. Amma Komitə bu ittihamları qəbul etmir, müsabiqənin təşkili ilə bağlı gərəkən işlərin davam etdirildiyini bildirir.

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, kombinatda 318 nəfər çalışırdı. Ümumilikdə müəssisənin öhdəlikləri ilin əvvəlində 18.5 milyon manat səviyyəsində qiymətləndirilmişdi.

Xatırladaq ki, Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının tikintisinə 1948-ci ildə başlanıb. 1954-cü ildən isə müəssissə fəaliyyət göstərməyə başlayıb. Metallurgiya Dövlət Şirkəti ləğv olunduqdan sonra, 2001-ci ildə Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının bazasında «Daşkəsən Filizsaflaşdırma» ASC yaradılıb.

Azərbaycan prezidentinin 2016-cı il iyulun 13-də imzaladığı sərəncam ilə «Daşkəsən Filizsaflaşdırma» ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …