Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / İqtisadiyyat / Çin təslim oldu: ABŞ “ticarət müharibəsi”ni qazandı

Çin təslim oldu: ABŞ “ticarət müharibəsi”ni qazandı

Çin ABŞ-la ticarət kəsirini azaltmaq üçün sonuncudan “olduqca böyük həcmdə” məhsul almağa razılıq verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders prezident Donald Tramp və Çin rəhbəri Si Tzinpin arasında 2,5 saatlıq görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.

Razılığa əsasən Çin ABŞ-dan kənd təsərrüfatı, energetika, ağır sənaye və digər sahələrə aid olan böyük miqdarda məhsul alacaq. Bu anlaşma kənd təsərrüfatı məhsullarına dərhal tətbiq ediləcək.

Bunun əvəzində isə Donald Tramp 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək, Çin mallarına aid edilən rüsumların 10%-dən 25%-ə qədər çıxarılması barədə fərmanının icrasını təxirə salacaq. Sandersin sözlərinə görə, əvvəlki rüsumlar rəsmi Vaşinqton və Pekin arasında tam razılıq əldə olunana qədər 90 gün ərzində qüvvədə qalacaq.

Xatırladaq ki, 2018-ci ildən bu yana ABŞ və Çin arasında əsl ticarət müharibəsi gedir. ABŞ Çindən alınan 250 milyard dollarlıq həcmdə bütün əmtəə nişanlarına əlavə gömrük rüsumlar tətbiq edib. Buna isə Çin ABŞ-dan gətirilən 110 milyard dollarlıq həcmdəki əmtəələrə eyni rüsumlarla cavab verib.

Tramp hakimiyyətə gəldiyindən bu yana iki ölkə arasındakı ticarət kəsirinin (Çinin xeyrinə 181 milyard dollar) həddindən artıq böyük olmasından şikayətlənir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir

Bu gün Bakıda kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb. Tədbirdən əvvəl kənd təsərrüfatı naziri İnam …