Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / İqtisadiyyat / Bu obyektlərdə məcburi POS-terminallar quraşdırılacaq

Bu obyektlərdə məcburi POS-terminallar quraşdırılacaq

Azərbaycanda bir neçə obyektlərdə məcburi şəkildə POS-terminallar yerləşdiriləcək.
Bunu Trend-ə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev bildirib.
İdarə direktoru bildirib ki, POS-terminallara məhdudiyyət yoxdur və sahibkar öz istəyi ilə könüllü şəkildə öz obyektində ödəniş sistemini yerləşdirə bilər.
“Bu gün Azərbaycanda obyektlərdə 77 minə yaxın POS-terminallar quraşdırılıb. Terminallar əhalinin daha çox istifadə etdiyi obyektlərdə yerləşdirilib. Ödəniş terminalı olmayan pərakəndə ticarət, iaşə və əsasən mehmanxanalar kimi xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar yerləşdiriləcək”.
Ə.Quliyev qeyd edib ki, Nazirlər Kabinetinin POS-terminalların quraşdırılması ilə bağlı qərarı var və həmin qərarda nəzərdə tutulan obyektlərin siyahısını tam əldə etmək mümkündür.
VIPedu.BIZ

Həmçinin oxuyun

Struktur islahatları işsizliyi artıra bilərmi? – TƏHLİL

Ölkədə həyata keçirilən struktur islahatlarının istər-istəməz bir qrup vətəndaşı işsiz qoyacağı qaçılmazdır. Çünki islahatlar çox …