Bazar , Sentyabr 23 2018
Ana səhifə / İqtisadiyyat / BP “Qobustan” layihəsində 61 faiz pay aldı

BP “Qobustan” layihəsində 61 faiz pay aldı

BP şirkəti Azərbaycanda mövcud “Qobustan” hasilatın pay bölgüsü sazişində (HPBS) 61 faiz iştirak payı əldə edib.
BP-dən verilən məlumata görə, bu pay “Arawak Energy” şirkətinin filialı və “Vitol” Qrupun bir hissəsi olan “Commonwealth Gobustan Limited” şirkətindən alınıb və həmin şirkətə məxsus iştirak payının bir hissəsidir.
“Bu sövdələşmənin bir hissəsi olaraq, həmçinin SOCAR-ın da təsdiq etdiyi kimi BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazacaq və bu quyu ilə bağlı əməliyyatların operatoru olacaq”, – BP-nin məlumatında qeyd olunur.
Eyni zamanda quyunun 2019-cu ilin ikinci yarısında qazılmasının planlaşdırıldığı vurğulanıb.

Həmçinin oxuyun

Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur

“Azərişıq” ASC Cənub regionunda yenidənqurma işlərini davam etdirir. “Report” xəbər verir ki, bu barədə qurumun …