Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / BP Azərbaycandakı layihələrə son 5 ildə 37,5 milyard dollar xərcləyib

BP Azərbaycandakı layihələrə son 5 ildə 37,5 milyard dollar xərcləyib

2013-2017-ci illərdə BP Azərbaycandakı layihələrinə 37 milyard 576 milyon dollar sərf edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin “2017-ci ildə Azərbaycanda davamlı inkişaf” adlı hesabatında deyilir.

Hesabata görə, bu vəsaitin 30 milyard 531 milyon dolları əsaslı xərclər, 7 milyard 45 milyon dolları isə əməliyyat məsrəfləri olub.

Qeyd edək ki, BP şirkəti 26 ildir Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri idarə edir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə ümumilikdə 72 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda BP şirkətində 2 min 550 nəfərdən çox ölkə vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …