Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bir azərbaycanlı hər ay ərzağa nə qədər pul xərcləyir?

Bir azərbaycanlı hər ay ərzağa nə qədər pul xərcləyir?

Azərbaycanda 2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 23 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ticarət dövriyyəsinin 11 532,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 434,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz və 3,2 faiz üstələyib.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2017-ci ilin yanvar- avqust aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 22 966,4 102,7
o cümlədən:
ərzaq məhsulları 10 546,5 102,4
içkilər və tütün məmulatları 985,9 101,1
toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 154,4 103,3

elektrik malları və mebellər 1 422,6 102,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 166,0 102,0
əczaçılıq və tibbi mallar 307,7 102,5
avtomobil yanacağı 1 312,2 101,8
digər qeyri-ərzaq məhsulları 4 071,1 103
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının 16,6 faizi ticarət müəssisələri, 50,7 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satııb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,8 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 147,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …