Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / “Belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər” – EKSPERT

“Belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər” – EKSPERT

“Bu, sadəcə hüquqi məsələ deyil, həmçinin, gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər”.

Bunu iqtisadi ekspert Vüqar Bayramov bir neçə gündür Azərbaycanın bir sıra rayonlarında pambıq tarlalarında zəhərlənmə hadisələrini şərh edərkən deyib. Onun sözlərinə görə, bir neçə rayonlarda pambıq sahələrində zəhərlənmə halları bəzi məqamları daha aktuallaşdırdı:

“Əvvəlla, pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası bunu kimlərinin etdiyinin araşdırılmasına ehtiyac var. Bu, sadəcə hüquqi məsələ deyil, həmçinin belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər. Digər tərəfdən, aqrar sektorda intensiv metodlardan istifadə edilməsi vacibdir”.

Vüqar Bayramov qeyd edib ki, hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir: “Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkaları məhdudlaşır. Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var. Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək. Ən əsası, aqrar lizinq xidmətlərində şəffaflığın gücləndirilməsinə ehtiyac var ki, fermerlərin texnikaya çıxış imkanları genişlənsin. Güman edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yeniləşməsi üçün də bir əsas olacaq”.

Qeyd edək ki, İmişli, Tərtər və Saatlı rayonlarında pambıq tarlalarında kütləvi zəhərlənmə halları baş verib.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …