Ana səhifə / İqtisadiyyat / “Bayram öncəsi qiymət artımları obyektiv yox, subyektiv amillərdən qaynaqlanır” – DEPUTAT

“Bayram öncəsi qiymət artımları obyektiv yox, subyektiv amillərdən qaynaqlanır” – DEPUTAT

Yeni il yaxınlaşdıqca ərzaq məhsullarının qiymətinin qalxa biləcəyi ilə bağlı ehtimallar da artmaqdadır.

Yeni il öncəsi qiymət artımının baş verməsi gözləniləndirmi? Bu qiymət artımı obyektiv, yoxsa subyektiv səbəblərdən irəli gəlir?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bayram öncəsi bahalaşmaların bundan öncə də müşahidə edildiyinə diqqət çəkdi:

“Bayram öncəsi qiymət artımı demək olar ki, həmişə müşahidə olunur. Novruz bayramında da, Yeni ildə də bu cür qiymət artımları olur. Bu, obyektiv yox, subyektiv səbəblərdən qaynaqlanan bu haldır. Sahibkarlar imkan olan kimi qiymətləri qaldırırlar və bu qiymətlər bayramdan sonra da aşağı düşmür. Qiymət tənzimlənməsi bir növ xaotik şəkildə həyata keçirilir. Düzdür, bazar iqtsiadiyyatında qiymətlər tənzimlənmir. Müəyyən strateji əhəmiyyətli məhsulların qiymətindən başqa, qalan məhsulların qiymətini bazar müəyyən edir. Amma təbii ki, müəyyən qədər bu sahəyə diqqəti artırmaq lazımdır. Xüsusilə ərzaq, geyim, dərman məhsullarının qiymətinə nəzarət etmək lazımdır ki, burada qiymət artımı obyektiv olsun. Təəssüf ki, bu gün subyektiv amillərədn doğan qiymət artımı var”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …