Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bankomatların 54%-i Bakıda yerləşir

Bankomatların 54%-i Bakıda yerləşir

2017-ci il oktyabrın 1-nə Azərbaycanda quraşdırılan bankomatların sayı 2486 ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, cari ilin avqust ilə müqayisədə 9 ədəd və ya 0,4% az, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 59 ədəd və ya 2,3% azdır.

Cari ilin oktyabrın 1-nə bankomatların 1348-ü (keçən ilə nəzərən 3,6% azalma ilə) Bakı şəhərində, 1138-i (keçən ilə nəzərən 4% azalma ilə) isə digər şəhər və rayonlarda yerləşir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …