Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Bankları pulsuz qoyan səbəblər – ŞƏRH

Bankları pulsuz qoyan səbəblər – ŞƏRH

Ötən ilin birinci rübünə nisbətən 2018-ci ilin eyni dövründə müştərilərə verilən xalis kreditlərin məbləği 3.8 milyard manata yaxın (28 faiz) azalıb. Bu azalma kreditlər üzrə faiz gəlirlərində də 30 faizə yaxın azalma ilə müşayiət olunub. Banklar vasitəsilə kreditləşmənin həcmi kəskin azaldıqca özünü bankların qazandığı faiz gəlirlərində də göstərib. Faiz xərcləri isə təxminən 100 milyon manat azaldığından xalis faiz gəlirlərinin səviyyəsini ötən ilki həddə qorumaq mümkün olub. Qeyri-faiz gəlirləri 2.4 dəfəyə yaxın (150 milyon manat) azalıb. Bu həm də qeyri-faiz xərclərinin 10 faizə yaxın artdığı şəraitdə baş verib. 

Ötən ilin birinci rübündə məzənnənin kəskin dəyişməsi (1 USD =1.72-192 manat intervalında) və marja məhdudiyyətinin götürülməsi valyuta alqı-satqısından yaxşı gəlir götürmək üçün münbit şərait yaratmışdı.

Maraqlıdır, bankları tənəzzülə uğradan səbəblər hansılardı?

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ən önəmli məsələ bankların vəsaitinin olmamasıdır: “Banklar Mərkəzi Bankdan da kredit götürə bilmirlər. Bankların əmanətləri az olduğu üçün əmanət vermə qabiliyyəti də azalır. Səbəblərdən biri də odur ki, bankların problemi kreditlərinin həcmi çoxalıb. Onlar verdikləri kreditləri qaytara bilmədikləri üçün, yeni kreditlər də verə bilmirlər. Bu, vacib amillərdən biridir. Digər tərəfdən banklardan kredit götürüb qaytarmaq qabiliyyəti olan şəxslər də azalıb. Bilirik ki, bu gün Azərbaycanda iqtisadi böhran var, insanların gəlirləri azalıb.

Belə bir şəraitdə hər kəsə kredit vermək düzgün deyil. Kredit götürə bilən insanların böyük əksəriyyəti kreditdən qorxurlar. Çünki insanlarda gələcəyə inam azalıb. Güman edirəm ki, yaxın zamanda kreditləşmə sahəsində bir qədər aktivləşmə yaranacaq. Çünki yaxınlarda Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən 11 faizə qədər endirdi. Bu, Mərkəzi Bankdan kredit götürəcək banklara aşağı faizlə kreditlər verməyə gətirib çıxaracaq. Ancaq yenə də əvvəlki kimi iri həcmdə kreditlərin verilməsini gözləmək lazım deyil”.

Problemli kreditlərin həcminin artmasına gəlincə, ekspert qeyd edib ki, problemə çevrilən kreditlər əvvəlki illərdə verilib: “Məlumdur ki, qaytarılmayan kreditlərin həcmi artır. Həcmi az olsa da, yeni problemli kreditlər də əmələ gəlir. Tutaq ki, müştəri dollarla götürdüyü krediti çətinliklə də olsa, qaytara bilir. Amma getdikcə müştərinin vəziyyəti pisləşir. Hesab edirəm ki, bu gün Azərbaycanda heç kəsin vəziyyəti gün-gündən yaxşılaşmır.

Bunun əksi olduğu üçün borcunu qaytara bilmir və kredit çevrilib problemi olur. Devalvasiyadan sonra bəzi banklar müştərilərə güzəştlər edəcəyi barədə sözdə vəd vermişdi. Belə ki, müştərilərə əvvəlki məzənnə ilə krediti geri qaytarmağı təklif edirdi. Müştəri sonradan xəbər tutub ki, bank krediti elə yeni məzənnə ilə hesablayıb. Bankların müştəriləri aldatma halları çox olunb. Azərbaycanda problemli kreditlər məsələsi kökündən həll edilmir. Belə olanda da ilbəil əvvəlki illərdə verilmiş kreditlərin həcmi artır”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …