Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir

Bu gün Bakıda kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb.

Tədbirdən əvvəl kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlama verib.

O, biznes-forumun türk iş adamlarını Azərbaycanın aqrar sektoruna cəlb etmək məqsədi daşıdığını bildirib.

Nazirin sözlərinə görə, ötən gün Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə keçirdiyi görüşdə iki ölkə arasında əməkdaşlıq üçün bir sıra prioritet istiqamətlər müəyyən edilib: “Xüsusilə fındıqçılıq və pambıqçılıqda məhsuldarlığın artırılması, müasir texnologiyaların Azərbaycana transferi, innovasiyaların tətbiqi ilə bağlı müzakirələr apardıq. Həmçinin aqrar sığorta sahəsində Türkiyənin təcrübəsini nəzərdən keçirdik. Hazırda Türkiyə və digər dövlətlərin təcrübəsini nəzərə almaqla aqrar sığortaya dair yeni qanun layihəsi hazırlanır. İşlər yekunlaşdıqdan sonra onun tətbiqi ilə bağlı qərar qəbul ediləcək”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …