Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı turistlər Türkiyədə 41 milyon TL xərcləyib

Azərbaycanlı turistlər Türkiyədə 41 milyon TL xərcləyib

Dünyada “tax free shopping” vergisiz alış-veriş sektorunda fəaliyyət göstərən “Global Blue” Türkiyədə alış-veriş edən turistlərin xərclədiyi pulun miqdarını açıqlayıb. 2017-ci il ərzində qonşu ölkədə ən çox pul xərcləyən 10 ölkə vətəndaşları arasında azərbaycanlılar da yer alıb.

Türkiyədə alış-verişə ən çox pul xərcləyən Səudiyyə Ərəbistanından olan turistlərdir. Onlar 2017-ci ildə bu ölkədən 115 milyon lirədən çox alış-veriş ediblər.

İkinci yerdə isə 73 milyon lirə xərclə Küveyt gəlir. İranlı turistlər 63 milyona yaxın xərclə üçüncü yerdədirlər. Dördüncü ən çox pul xərcləyənlər isə Çin vətəndaşlarıdır. Çinlilər il ərzində Türkiyədə 62 milyon tl-dən çoxalış-veriş ediblər.

Azərbaycanlı turistlər isə 2017-ci ildə Türkiyədə 41 milyon 16 min 920 tl pul xərcləyiblər. Qeyd edək ki, 2016-cı ildə bu rəqəm 35 milyon 216 min 227 TL təşkil edib.

Növbəti yerlərdə isə Qətər, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya gəlir.

Xatırladaq ki, ötən ilin 11 ayı ərzində qonşu ölkəyə səfər edənlərin sayı 30 milyonu ötüb. Hər turist isə orta hesabla təxminən 650 dollar xərcləyib. Ümumilikdə il ərzində turistlər Türkiyədə alış-verişə 25 milyard dollar pul xərcləyiblər.Virtualaz.org

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …