Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı fotoqraf vurulan Rusiya təyyarəsinin qurbanı oldu – Fotolar

Azərbaycanlı fotoqraf vurulan Rusiya təyyarəsinin qurbanı oldu – Fotolar

Artıq iki gündür Türkiyənin Rusiya ordusunun SU 24 tipli döyüş təyyarəsini vurması dünya gündəmini zəbt edib.
Bu hadisə ilə bağlı sevinənlər, kədərlənənlər, hiddətlənənlər və hətta hadisənin qurbanına çevrilənlər də olub.
Uzun illərdir Azərbaycanda foto jurnalistikasında öz sözünü deyən və tanınmış simalarından olan Vüqar İbadov da bir anda bu hadisənin mərkəzində tapıb.
Rusiyada, Azərbaycanda və hətta bəzi digər ölkələrdə onun “Facebook” profilində olan bir şəkili göstərərk onun rus təyyarəsini vuran türk pilotu olduğu yazılıb.
Sosial şəbəkələrdə hər kəs onun türk millətinin fəxri olduğunu və onunla qürur hissi duyruğunu yazır. Amma həqiqəti bilənlərin sayı isə təbii ki, o qədər də çox deyil.
Əməkdaşımız fotoqraf Vüqar İbadovun özü ilə əlaqə yaradaraq məsələnin əslini öyrənib. Məlum olub ki, əslində bunu onun dostlarından biri əvvəlcə zarafat olaraq paylaşıb. Amma iş o yerə çatıb ki, həmin status ölkə sərhədlərini də keçib.
Həmkarımız Vüqar İbadova bol səbir və məsələnin bir an öncə aydınlığa qovuşmasını diləyirik.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın