Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın tədiyyə balansında 1,6 mlrd. dollarlıq profisit yaranıb
Financial accounting stock market graphs analysis

Azərbaycanın tədiyyə balansında 1,6 mlrd. dollarlıq profisit yaranıb

2017-ci ilin yanvar-dekabr ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,6 mlrd. dollar təşkil edib.

Azinforum.az.Az APA-ya istinadən xəbər verir ki,  bu həm neft qiymətinin 26% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib.

Qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 1% (56 mln. dollar) azalaraq 5,7 mlrd. dollar olub.

2017-ci ilin yanvar-dekabr aylarında cari əməliyyatlar hesabında 1,7 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə profisit 7,4 mlrd. dollar məbləğində olub.

Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nisbətən 3 mlrd. dollar artdığı halda, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 56 mln. dollar azalıb.

Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5,7 mlrd. dollar məbləğində kəsirini tam örtüb.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …