Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda nə qədər qoyun var? – Rəsmi

Azərbaycanda nə qədər qoyun var? – Rəsmi

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda qoyun və keçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 1,3% və ya 118 min baş azalaraq 8 milyon 649 min başa düşüb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qoyun və keçilərin sayı əksər rayonlarda azalıb.
Paytaxt Bakıda qoyun və keçilərin sayı 0,4% və ya 81 baş azalaraq 18 min 999 başa düşüb.
Məlumat üçün onu da qeyd edək ki, qoyun və keçilərin sayı ən çox Mingəçevir şəhərində artıb. Ötən ilin iyul ayının əvvəlindən öötən son bir il ərzində Mingəçevirdə qoyun və keçilərin sayı 15,2% artıb. Bundan başqa qoyun və keçilərin sayı Göyçay rayonunda 5,7%, Sabirabad rayonunda 3,1%, Neftçala rayonunda 2,8%, Lənkəran rayonunda 2,7% artıb.
Qoyun və keçilərin sayında ən çox azalma isə Şamaxı rayonunda olub. Şamaxıda son bir il ərzində qoyun və keçilərin sayı 16,6% azalıb. Həmçinin qoyun və keçilərin sayı Ağsu rayonunda 15%, Tərtər rayonunda 14,2%, Ağdaş rayonunda 12,5%, Xaçmaz rayonunda 11,7%, Sumqayıt şəhərində isə 11,5% azalıb.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …