Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Gürcüstan bazarının əsas idxalçısıdır

Azərbaycan Gürcüstan bazarının əsas idxalçısıdır

Son yeddi ay ərzində Gürcüstana idxal olunan mallar arasında mis filizləri, konsentratlar, ferroərintilər və minik avtomobilləri üstünlük təşkil edir. 

Oxu.Az xəbər verir ki, 2018-ci il yanvar-iyul aylarında ümumi idxal üzrə üstünlük mis filizləri və konsentratlarda olub.

İdxal olunan 278,1 milyon dollar dəyərində mis filizləri və konsentratlar ümumi idxalın 19,1 faizini təşkil edib.

İkinci yeri 205,9 milyon dollarla ferroərintilər tutur. O, ümumi idxalın 14,2 faizini təşkil edib. Üçüncü yerdə ümumi idxalın 14 faizini təşkil edən və 203,1 milyon dollar dəyərində olan minik avtomobilləri qərarlaşıb.

Gürcüstana məhsul ixrac edən ölkələr sırasında 251,8 milyonla Azərbaycan birinci, 240,8 milyonla Rusiya ikinci, 172,6 milyon dollarla Türkiyə üçüncü olub.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …