“Azərbaycanın ixrac imkanları ilbəil artır” – Nazir

“Biz ordumuzu müasir texnologiyalarla hazırlanan müdafiə təyinatlı məhsullarla təchiz etmək və digər qurumlara verməklə yanaşı, həmin məhsulların ixrac imkanlarını artırmağa çalışırıq. Azərbaycanın ixrac imkanları ilbəil artır. Bugünkü sərgidə iştirak etməyimizin səbəbi məhz bu imkanları daha da genişləndirməkdir”,

Azinforum.az Report-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Onun sözlərinə görə, bu gün Müdafiə Sənayesi Nazirliyinin tərkibində 28 zavod, 58 istehsal sahəsi fəaliyyət göstərir: “Bu zavodlarda ən yüksək texnologiyalarla müdafiə təyinatlı məhsullar istehsal olunur. Nazirliyimiz indiyədək 60-dan çox beynəlxalq sərgidə iştirak edib. Parisdəki sərgi ən böyük tədbirlərdəndir ki, burada 63 ölkədən 1070-dən artıq şirkət təmsil olunur. Bu sərgidə iştirak etməyimizin əsas səbəblərindən biri də dünyanın aparıcı şirkətləri ilə hərbi texniki əməkdaşlığımızı genişləndirmək və əməkdaşlıq etdiyimiz şirkətlərin sayını artırmaqdır”.

Y.Camalov deyib ki, bu il sentyabrın 25-27-də Azərbaycanda beynəlxalq sərgi keçiriləcək: “Bununla bağlı sərgi iştirakçılarına məlumat vermişik və onlar da qatılacaqlarını bildiriblər. Eyni zamanda Azərbaycanda yeni müdafiə təyinatlı məhsulların istehsalı üçün Fransa, Almaniya və digər ölkələrin aparıcı şirkətləri ilə niyyət protokolları imzalamışıq”.

Zdrave universal kremi zdrave forte