Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın aparıcı sement istehsalçısı məhsullarını bahalaşdırıb

Azərbaycanın aparıcı sement istehsalçısı məhsullarını bahalaşdırıb

Azərbaycanın aparıcı sement istehsalçısı – “Norm” MMC istehsal etdiyi məhsulların qiymətini, təxminən, 12% artırıb.

“Report”un məlumatına görə, hazırda şirkətə məxsus 40 kq-lıq 300 marka sementin topdansatış qiyməti 5,8 manatdır ki, bu da əvvəlki qiymətlə müqayisədə 0,6 manat çoxdur.

“Norm” 40 kq-lıq 400 marka sementin topdansatış qiymətini isə 0,7 manat artıraraq 6,6 manata çatdırıb.

Hazırda həmin məhsulların pərakəndə satış qiymətləri müvafiq olaraq 6 manat və 6,8 manatdır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Dollar kreditləri ilə bağlı vacib yenilik (VİDEO)

Azərbaycanda xarici valyutada kredit, yalnız xarici valyutada gəliri olanlara və bankda depoziti olanlara veriləcək . …