Şənbə , Dekabr 15 2018
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda dollar kreditləri ilə bağlı – YENİ QAYDA

Azərbaycanda dollar kreditləri ilə bağlı – YENİ QAYDA

Azərbaycanda xarici valyutada kreditlərin verilməsi ilə bağlı yeni qayda tətbiq edilib. Bu yenilik Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da əksini tapıb.

Qaydalra görə, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlar xarici valyutada istehlak kreditlərini yalnız o zaman ala bilər ki, onun təminatı kimi, bankda xarici valyutada depozit olsun. Özü də bu depozit ya borcalana, ya da üçüncü şəxsə aid ola bilən.

Bundan başqa, xarici valyutada istehlak krediti banka girov qoyulmuş bank metalları müqabilində də verilə bilər. Bir şərtlə ki, kreti təminatı əmsalı 90%-dən çox olmasın. Yəni götürülən kredit girovun məbləğinin 90%-dən artıq olmasın.
Qaydalara görə, daşınmaz əmlak krediti yalnız milli valyutada verilir. Bu kreditlərdə isə kredit zəmanət əmsalı 70%-dən artıq olmamalıdır.(Fed.az)

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb – QİYMƏTLƏR

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Trend-in məlumatına görə, dekabrın 14-də qızılın qiyməti dekabrın 13-ü ilə …