Şənbə , Oktyabr 20 2018
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bu zavod üçün 1.6 milyard dollar xərclənəcək

Azərbaycanda bu zavod üçün 1.6 milyard dollar xərclənəcək

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidənqurması layihəsinin dəyəri təxminən 1,6-1,7 milyard dollardır.

“Qafqazinfo” xəbər verir ki, SOCAR-ın yaydığı məlumata görə, zavodun modernizasiya və yenidənqurması layihəsinə 2015-ci ildə başlanılıb. Layihə dövlət vəsaiti hesabına maliyyələşdirilir və indiyədək imzalanan 3 müqavilənin dəyəri təxminən 1,6-1,7 milyard dollardır. Layihə çərçivəsində NEZ-də neftin ilkin emal gücünün artırılması nəzərdə tutulur. Hazırda zavodun emal gücü illik 6 milyon tondur və bu göstəricinin ildə 8 milyon tona çatdırılması hədəflənir. İstehsal gücü ildə 2 milyon ton olan neftin ilkin emalı qurğusunun keçmiş “Azərneftyağ” zavodunun ərazisindən NEZ-ə köçürülməsi nəzərdə tutulur. Layihənin icrası tamamlandıqdan sonra NEZ-də hazırda ildə 1,2 milyon ton olan avtomobil benzinin istehsal gücü 2,2 milyon tona, dizel yanacağının həcmi ildə 1,9 milyon tondan 2,9 milyon tona, neft-kimya məhsullarının istehsal həcmi illik 112 min tondan 390 min tona, reaktiv yanacaq istehsalı ildə 600 min tondan 1 milyon tona, bitum istehsalı isə illik 200 min tondan 400 min tona çatdırılacaq. Zavodda 14 yeni qurğunun tikintisi planlaşdırılır. Bu layihənin icrası ilə neft sənayesinin inkişafının təmin edilməsi, avtomobil yanacağının keyfiyyətinin “Avro-5” standartına çatdırılması və ölkədə yanacağa olan tələbatın tam ödənilməsi nəzərdə tutulur. Layihənin 2021-ci ildə tamamlanması planlaşdırılır”, – deyə SOCAR bildirir.

Həmçinin oxuyun

Sadələşdirilmiş vergi ləğv edilərsə, hər kəsə bir mühasib lazım olacaq – ŞƏRH

“Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcək. Keçiddən sonra …