Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bu banklar bağlanacaq – Vahid Əhmədovdan AÇIQLAMA

Azərbaycanda bu banklar bağlanacaq – Vahid Əhmədovdan AÇIQLAMA

Yaxın vaxtlarda Azərbaycanda daha bir neçə bankın və filiallarının lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul olunacaq.
Məlumata görə, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının müvafiq qərarları yaxın vaxtlarda elan olunacaq.
“Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə müvafiq işlər aparır, ciddi narazılıq yaradan bankların fəaliyyəti araşdırılır”.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov Sfera.az-a bildirib ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank mövcud olan 30 bankın sağlamlaşdırılması istiqamətində ciddi iş aparır:
“Bankların sağlamlaşdırılması ilə bağlı işlərə Maliyyə Bazarlarına Nəzarət Palatası baxır. Bunun da ciddi nəticələri olacaq”.
V.Əhmədov qeyd edib ki, Azərbaycanda bankların sağlamlaşdırılması və birləşdirilməsi istiqamətində ciddi işlər görülür:
“Ona görə də banklarla bağlı ciddi problemlər olmamalıdır. Gələcəkdə hər hansı banklarda problem yaranarsa, onların birləşməsi ilə bağlı müvafiq əməliyyatlar həyata keçirilə bilər”.
Deputat Azərbaycanda ciddi narazılıqlar yaradan bankların artıq bağlanıldığını söyləyib:
“Ciddi narazılıqlar olan bir neçə banklar bağlanılıb, birləşdirilib və bu sahədə sağlamlaşdırılma həyata keçirilib. Hələlik bu sahədə ciddi problemlər görmürəm. Zaman-zaman olarsa, bu istiqamətdə də addımlar atılacaq”.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Nar”-ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının 12-ci mövsümü davam edir. Hər il olduğu …