Azərbaycan meyvə-tərəvəz ixracını genişləndirir?

Azərbaycanda meyvə-tərəvəz məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi üzrə işlər aparılır.

Bunu Trend-ə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası sədrinin müavini Jalə Əmirbəyova deyib.

Onun sözlərinə görə, bu gün əsas ixrac bazarları Rusiya və digər MDB ölkələridir. Avropa və ərəb ölkələrinə gəlincə, J.Əmirbəyova qeyd edib ki, bu ölkələrə məhsul ixracı sertifikatlaşdırma ilə bağlı çətinliklər səbəbindən məhdudlaşdırılıb:

“Bu gün bizim üçün əsas ixrac istiqaməti Rusiya bazarıdır. Azərbaycan, həmçinin digər MDB ölkələrinə, əsasən, şimalda yerləşən ölkələrə məhsul ixrac edir. Avropa və ərəb ölkələrinə ixrac həcmi böyük deyil, çünki burada sertifikatlaşdırma problemi mövcuddur. Sertifikatlar çox bahadır – 20-30 min avrodan başlayır və onları hər məhsul üçün ayrı-ayrılıqda almaq lazımdır”.

Sədr müavini bildirib ki, elə bu səbəbdən bu gün Rusiya və MDB ölkələrinin bazarlarına çıxmaq daha asandır: “Hazırda sertifikatların standartlaşdırılması və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində böyük işlər aparılır. Bundan sonra ixrac imkanları kifayət qədər genişlənəcək”.

Qeyd edək ki, Azərbaycanda Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin avqustunda yaradılıb. Assosiasiyanın əsas məqsədi bu sahə ilə məşğul olan sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, istehsalın artırılması və ixrac imkanlarının genişləndirilməsidir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yekunları üzrə Azərbaycan 503 milyon dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac edib 2018-ci ilin yanvar-aprel aylarında ixrac 111,13 milyon dollar dəyərində 104,31 min ton məhsul təşkil edib.

Zdrave universal kremi zdrave forte