Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Avtomobil bazarında təkliflərin həcmi azalıb, bəs qiymətlər? – EKSPERT

Avtomobil bazarında təkliflərin həcmi azalıb, bəs qiymətlər? – EKSPERT

2018-ci ilin aprelində Bakının avtomobil bazarında orta qiymət 27 106 manat təşkil edib.
Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 19 faiz artıb.
N.İbrahimov bildirib ki, aprel ayında ümumilikdə 1 572 avtomobil satışa çıxarılıb:
“Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 22,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 88,2 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 394 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 11,8 faizini təşkil edib, orta qiymət isə 32 409 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 67,6 faiz, orta qiyməti 35 543 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 32,4 faiz, orta qiymət 9 725 manat təşkil edib”.
Ekspert bildirib ki, aprel ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 181,78 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 3,2 faiz az olub. Avtomobillərin orta yaşı 11,3 il olub.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …