Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / İqtisadiyyat / “Atena” şirkətinin məhsulundan parazit çıxdı – Fotofakt

“Atena” şirkətinin məhsulundan parazit çıxdı – Fotofakt

Bakıda fəaliyyət göstərən məşhur şirkətin məhsulundan parazitlər çıxıb.

Minval.info xəbər verir ki, paytaxt sakini Murad Abdullayev bu barədə məlumat verib. O bildirib ki, nahar vaxtı “Atena” firmasına məxsus ayran alıb. Amma ayranı içdikdən sonra gördükləri onu təəccübləndirib:

“İçdikdən sonra sürprizlə qarşılaşdım. Gördüm ki, dibində parazitlər var”.

M.Abdullayev insanlardan bu firmanın məhsullarını almamağı xahiş edib: “Çalışın məlumatı yayın, bu biabırçılıqdan hamının xəbəri olsun”.

Şirkətin rəsmi saytında göstərilən teefon nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.

“Atena” şirkətinin məhsulundan parazit çıxdı
“Atena” şirkətinin məhsulundan parazit çıxdı
“Atena” şirkətinin məhsulundan parazit çıxdı

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycan hərbi məhsul ixracını 9,2 faiz artırıb

2017-ci il ilə müqayisədə Azərbaycan ölkə daxilində istehsal olunan hərbi təyinatlı məhsulların xarici dövlətlərə ixracını …