Şənbə , Yanvar 19 2019
Ana səhifə / İqtisadiyyat / “Akkord” Baklda 275 mln. dollarlıq yeni yaşayış kompleksi tikəcək

“Akkord” Baklda 275 mln. dollarlıq yeni yaşayış kompleksi tikəcək

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Bakının Səbail rayonunun Badamdar qəsəbəsində biznes sinifinə aid kompleksin tikintisinə $275 mln.-dan artıq vəsait yönəltməyi planlaşdırır.

Bu barədə layihə ilə tanış olan mənbə məlumat verib.

“Layihə $275,2 mln. məbləğində qiymətləndirilir. Kompleks 4,92 min mənzil və 2,5 min parkinq yeri ilə 20-30 çoxmərtəbəli binadan ibarət olacaq. Mənzillərin ümumi sahəsi 405,9 min kvadrat metr, kommersiya otaqlarının sahəsi isə – 45,1 min kvadrat metr təşkil edəcək. Layihə yüksək gəlirli şəxslər üçün nəzərdə tutulur”, – mənbə qeyd edib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması müddəti təqribən 5 ilə yaxın, xərclərin çıxarılması müddəti – 4,2 il təşkil edir.

Mənbə əlavə edib ki, şirkət layihənin reallaşdırılması məqsədilə xarici investorların cəlb edilməsi imkanını istisna etmir.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2010-cu ilin avqustunda “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC tərəfindən təsis edilib. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Bundan başqa, şirkət Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur.

VIPedu.BIZ

Həmçinin oxuyun

Daha az resurslarla daha səmərəli sistem

Son günlər ölkə mediasında dövlət idarəetmə sistemində islahatlar mövzusu geniş müzakirə olunur, ayrı-ayrı siyasətçilər və …