Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, siyahıya ümumilikdə 34 fiziki və hüquqi şəxs daxil edilib.

Sanksiyalar Rusiyanın “VTB” və “Sberbank” banklarının Ukrayna, Qazaxıstan və Avropadakı əksər törəmə qurumlarına şamil edilib. Bundan başqa, yeni siyahıya “VTB” və “Sberbank” banklarının qeyri-hökumət pensiya fondları və “VTB 24” bankı daxil edilib.

Sanksiya siyahısına həmçinin “Qals Development” şirkəti, “Novikombank” bankı, “Aviapriborostroyenie” konserni, “Sovremennıye texnologii”, “Oboronprom”, “Rosoboroneksport” və digər iri korporasiyalar daxil edilib.

Sanksiyalar həmçinin “Massandra” şərab zavodu və Yalta kinostudiyasına tətbiq edilib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın