Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ-ın təhqiramiz zarafatı: “Suriyalılara soyuq olar…”

ABŞ-ın təhqiramiz zarafatı: “Suriyalılara soyuq olar…”

“Xalqların böyük köçü” Avropanın əsas və həllsiz probleminə çevrilən bir vaxtda okeanın o tayında tamam fərqli yanaşma hakimdir: 2011-ci ildən bu yana ABŞ cəmisi 1,5 min suriyalıya sığınacaq verib. Yəni ildə 300 suriyalı “demokratiyanın baş ixracçısı”nın qonaqpərvəliyini dada bilib.

Nəzərə alsaq ki müharibə başlayandan Suriyanı 4 milyon insan tərk etməyə məcbur olub, deməli, ABŞ onların cəmisi 0,03 faizini öz ərazisinə buraxmağa razılaşıb.

Vaxtilə Somerset Moem yazırdı: “Əgər məsuliyyətini daşımağa razıdırsa, insan istənilən cür davranmaqda sərbəstdir”.

ABŞ isə kübar və stabil dövlətləri dalbadal dağıtmağa hazırdır, ancaq buna görə məsuliyyət daşımağa qətiyyən razı deyil. Və bunu heç gizlətmir də…

Əslində tarix təkrarlanır. Məsələn, “The Washington Post” bu günlərdə köhnə bir sorğunun nəticələrini oxucuları ilə bölüşüb.

Söhbət 1938-ci ildə aparılmış sorğudan gedir. O vaxt amerikalılara seçim təklif olunmuşdu: onlar nasist Almaniyasından və anşlüzə məruz qalmış Avstriyadan qaçanları qəbul etməyə razıdırlarmı?

Rəyi soruşulanların cəmisi 4,9 faizi təsdiq cavabını vermişdi. 9,5 faiz qəti əleyhinə idi, 67,4 faiz isə “yaxşı olar ki, onları ölkəyə buraxmayaq” demişdi (qalan faizlər tərəddüd edənlərin payına düşürdü).

Halbuki qəbul etməmək həmin şəxsləri dirigözlü ölümə məhkum etmək anlamına gəlirdi, çünki qaçanların böyük əksəriyyəti yəhudilər idi, onlara isə Hitlerin işğal etdiyi (və edəcəyi) Avropada yer yoxdur.

İndi də oxşar hadisələr cərəyan edir. Məsələn, ABŞ Nümayəndələr Palatasının üzvü Sintiya Lammis bəyan edir ki, “suriyalıları öz ölkələrində saxlamaq daha humanitar addım olardı”.

Binəsiblərin hazırkı Suriyada qalmağının onların ölümə məhkumluğuna göz yummaq anlamına gəldiyini nəzərə alsaq, xanım Lammisin dilindən “humanitar” kəlməsi xüsusi sinizmlə səslənmiş olur.

Və qaranlıq qalır: Nümayəndələr Palatası 6 nömrəli palatadır, yoxsa orada toplaşanlar debilizm simptomlarını imitasiya edirlər?

Maykl Xakkabi

Bu mövzunun növbəti dəfə ABŞ-da aktuallaşmasının səbəbi təkcə Parisdəki 13 noyabr terror aktları deyil. Belə ki, sentyabrın 16-da Dövlət Departamenti 2016-cı ildə 10 min suriyalıya sığınacaq vermək niyyətində olduğunu açıqlayıb. Qaçqınların ümumi sayı fonunda bu 10 min rəqəmi, əlbəttə, dənizdə qum dənəsi qədər xırdadır. Ancaq ABŞ isteblişmentində elə hay-küy qopub ki, qulaqlar tutulur.

Əvvəla, ABŞ-ın 31 ştatı bu niyyətin (qərar da yox, sadəcə niyyət) dərhal və qətiyyətlə əleyhinə çıxıb. Daha 9 ştat hələ mövqeyini açıqlamayıb. Yalnız yerdə qalan 10 ştatda qaçqınları qəbul etməyə razı olduqlarını bildiriblər.

Donald Tramp

Və əleyhinə olanlar öz inkarlarını əsaslandırmaq üçün elə “dəlillər”ə əl atırlar ki, onlara azyaşlı uşaqları da inandırmaq çətindir. Bu, bir tərəfdən dünyanın baş terrorçusu olan ABŞ-ın əsl üzünü açıb tökürsə, digər tərəfdən də istifadə olunan arqumentlər onların tuşlandığı auditoriyanın necə asanlıqla manipulyasiya oluna bildiyini göstərir.

Axı bu “arqumentlər”ə necə inanmaq olar? Olarsa, deməli, paradoksal məntiqin dövlət səviyyəsində zəfər çaldığının şahidiyik.

Məsələn, prezidentliyə namizəd olan milyardçı Donald Tramp etirazını onunla əsaslandırır ki, isti iqlimə uyğunlaşmış suriyalılar ABŞ-da soyuqdan donarlar.

Eyni “dəlil”i digər prezidentliyə namizəd – respublikaçı Maykl Xakkabi də səsləndirib. Onun sözlərinə görə, “soyuq iqlim suriyalılara pis təsir edəcək”.

Yəni ABŞ-da bu binəvalar sətəlcəm olub yatağa düşə bilərlər və görünür, onun nəzərində bu cür əzaba düçar olmaqdansa Suriyada öldürülmək daha xoş qismətmiş.

Yaxud Donald Tramp daha bir “arqument” səsləndirir. O, öz Twitter səhifəsində yazır: “Suriyalı qaçqınlar bizim böyük ölkəmizi dolduracaq. Kim bilir onlar kimdir? Bəlkə İŞİD üzvləridir? Bizim prezident ağlını itirib”.

Diqqət edin – bu böyük ölkəni cəmisi 10 min adam “dolduracaqmış”. Daha bunun nəyi böyük oldu ki?!

Ben Karson

Prezidentliyə daha bir namizəd – Ben Karson da seçkiqabağı kampaniyasında suriyalı qaçqınlara sığınacaq verilməsinin əleyhinə olduğunu açıqlayaraq bu mövzuda xüsusi videoçarx da hazırlayıb.

İsteriyanı daha da qızışdıran Karson dezinformasiyadan çəkinməyərək Obamanın artıq 100 min suriyalıya sığınacaq verməklə bağlı dekret imzaladığını söyləyir.

Onun hazırladığı videoçarxda isə bu cümlələr var: “Konqres bu dekretə cavab verməlidir. Konqres deməlidir: Obama, bacarırsan cəhd elə, biz sənin səhər yeməyini əlindən alarıq”.

Bu misallardan sonra siz hələ də ABŞ-ın insan haqlarına hörmət etdiyinə inamınızı hifz edirsiniz? Müqəddəs sadəlövhlük…

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın