Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / 600 min manatlıq tenderin qalibi məlum oldu

600 min manatlıq tenderin qalibi məlum oldu

“Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasının maili tunelində köhnə çətirin sökülməsi və yenisinin quraşdırılması işlərinin açıq tender üsulu ilə satınalınmasına dair elan etdiyi müsabiqənin qalibi məlum olub.

“Report” “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, 23.11.2018-ci il tarixdə keçirilmiş müsabiqədə “Kaspian Standart CO” MMC qalib gəlib.

Qalib gəlmiş təşkilat ilə 03.12.2018-ci ildə ƏDV daxil 595 495,15 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …