Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğızıstan və İran lavaşla bağlı UNESCO-ya birlikdə etiraz müraciəti ediblər.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, müraciətlə bağlı yekun qərar 2016-cı il noyabrın 28-dən dekabrın 2-nə qədər Efiopiyada UNESCO-nun qeyri-mədəni irsə dair Hökumətlərarası Komitsəsinin 11-ci Toplantısında qəbul ediləcək.
BMT-nin bu qurumu lavaşı “Erməni çörəyi” kimi qeydiyyatdan keçirib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və İranın birgə müraciətində bunun ermənilərə aidiyyəti olmadığı vurğulanıb.
Xəbərə əsasən, bu ilk belə müraciət deyil.