Cümə , Sentyabr 21 2018
Ana səhifə / İqtisadiyyat / 2017-ci ildə dövlət büdcəsi 98% səviyyəsində icra olunub – RƏSMİ

2017-ci ildə dövlət büdcəsi 98% səviyyəsində icra olunub – RƏSMİ

Maliyyə Nazirliyi 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumatı açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 mln. manat,  xərcləri 17588,3 mln. manat olub.

2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16 mlrd. 766 mln. manat proqnoza qarşı 16 mlrd. 446,9 mln. manat və ya 98,1% icra olunub. Ötən il Vergilər Nazirliyi xətti ilə daxilomalar 6mlrd. 972 mln. manat və ya  proqnoz 91,2% icra olunub. Həmin vəsaitin 74,5%-i və ya 5 mlrd. 192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci il üzrə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2 mlrd. 608,8 mln. manat vəsait daxil olub və proqnoz 115,9% icra olunub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6 mlrd. 100  mln. manat  vəsait transfert edilib.

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 mln. manat, Mərkəzi Bankın mənfəətindən ayırmalar hesabına 250 mln. manat, sair daxilolmalardan 150 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə  dövlət büdcəsinin mədaxili 4 mlrd. 401,8 mln. manat icra olunub.

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98% və ya 17 mlrd. 588,3 mln. manat  icra edilib.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4 mlrd. 804,6 mln. manat icra olunub.

2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10 mlrd. 921,1 mln. manatı və ya 62,1%-i cari xərclərə, 5 mlrd. 153,5 mln. manatı və ya 29,3%-i əsaslı xərclərə, 1 mlrd. 513,7 mln. manatı və ya 8,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilib.

Dövlət büdcəsi xərclərinin 38%-i və ya 6 mlrd. 690,8 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və ya 7,3% çoxdur.

Dövlət büdcəsinin kəsiri 1 mlrd. 141,4 mln. manat və ya təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olub.

Kəsirin maliyyələşdirilməsi 384,6 mln. manatı dövlət istiqraz vərəqəlrinin satışından, 106,5 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitdən və 650,3 mln. manatı 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib.

2017-ci ilin icmal büdcəsinin gəlirləri 23 mlrd. 951,6 mln. manat, xərcləri  isə 24 mlrd. 982,6 mln. manat icra olunub. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5%-ni və ya 1 mlrd. 31 mln. manat təşkil edib.

Həmçinin oxuyun

Yeni qlobal böhran gəlir: Azərbaycan üçün təhlükə nədir? – TƏHLİL

ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan 200 milyard dollar məbləğində mallara 10% həcmində yeni …