Cümə , Dekabr 14 2018
Ana səhifə / İqtisadiyyat / 154 mindən çox vergi ödəyicisinin borcu ləğv edildi

154 mindən çox vergi ödəyicisinin borcu ləğv edildi

2017-ci il ərzində 163 314 vergi ödəyicisinin 1 mlrd. 912 mln. 624,9 min manat məbləğində borcu yaranıb.
Ölkə.Az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, ötən il 154279 vergi ödəyicisinin 2 mlrd. 285 mln. 354,8 min manat məbləğində borcu ləğv edilib.
Sənədə əsasən, ləğv edilmiş borclardan 907 mln. 868,7 min manatı (və ya 39,7%) tam, 1 mlrd. 377 mln. 486,1 min manatı (və ya 60,3%) isə qismən olub.
VIPedu.BIZ

Həmçinin oxuyun

Naxçıvan biznes reytinqinə görə ilk yerdə olması nə ilə bağlıdır? – ŞƏRH

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası ikinci dəfə 2018-ci il üzrə Azərbaycanın iqtisadi regionlarının investisiya …