Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan TANAP-a görə Azərbaycan Prezidentinə təşəkkür etdi

Ərdoğan TANAP-a görə Azərbaycan Prezidentinə təşəkkür etdi

Transanadolu boru kəməri (TANAP) Azərbaycanla Türkiyə arasında etimadın göstəricisidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhər şəhərində keçirilən TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, TANAP, həmçinin çoxtərəfli əməkdaşlığın göstəricisidir.

Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan TANAP layihəsinin reallaşdırılmasını elan edəndə, bir çoxları buna inanmamışdı: “Türkiyə və Azərbaycan bundan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi müxtəlif mühüm layihələr həyata keçiriblər. Bütün bunlar çox strateji layihələrdir”.

Prezident deyib ki, TANAP regionun inkişafına kömək edəcək: “TANAP-ın sayəsində Türkiyə enerji bazarının vacib oyunçularından birinə çevrilib. Mən Azərbaycan Prezidenti İlham Əliyevə belə mühüm layihənin reallaşdırılmasına görə təşəkkürümü bildirirəm”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …