Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / ƏMƏK PENSİYALARINA ƏLAVƏLƏR TƏYİN EDİLİR – Yeniliklərin detalları məlum oldu

ƏMƏK PENSİYALARINA ƏLAVƏLƏR TƏYİN EDİLİR – Yeniliklərin detalları məlum oldu

Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniləklərin detalları məlum olub.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən qeyd olunan şəxslərin qulluq stajı əsasında onların əmək pensiyalarına yeni şərtlərlə əlavələr təyin ediləcək.

Layihələrə görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.

Layihələr Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə fevralın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …