Ana səhifə / İdman / Zidan “Real”dan getdi – Şok qərar

Zidan “Real”dan getdi – Şok qərar

Zinəddin Zidan Madrid “Real”ının baş məşqçi postundan istefa verib.

“Qafqazinfo” xəbər verir ki, onun istefası rəsmən saat 15:00-da baş tutacaq mətbuat konfransında açıqlanacaq.

Zidan mayın 26-da “Real”la üçüncü dəfə ardıcıl olaraq UEFA Çempionlar Liqasının qalibi olub. Bununla da tarix yazan çalışdırıcı dünyada ÇL kubokunu ardıcıl qazanan ilk məşqçidir.

Qeyd edək ki, fransalı mütəxəssis 2016-cı ildən “Real”ın baş məşqçisi postunda çalışır

***

Artıq mətbuat konfransı başlayıb. Zidan Madrid klubundan ayrıldığını özü rəsmən açıqlayıb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …