Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Zidan Fransanın ən yaxşı məşqçisi seçildi

Zidan Fransanın ən yaxşı məşqçisi seçildi

“France Football” jurnalı Fransada 2017-ci ilin ən yaxşı məşqçisini seçib.

Qol.az-ın məlumatına görə, “Real”ın çalışdırıcısı Zinəddin Zidan ötən ilin ən yaxşı məşqçisi adına layiq görülüb. O, jurnalistlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən qalib olub.

Qeyd edək ki, Z.Zidanın rəhbərliyi altında “Real” ötən il Çempionlar Liqası, La Liqa, İspaniya superkuboku, Avropa superkuboku və klublararası dünya çempionatının qalibi olub.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …