Şənbə , Fevral 23 2019
Ana səhifə / İdman / Zabit Səmədov idman məktəbi açdı – Fotolar

Zabit Səmədov idman məktəbi açdı – Fotolar

Bu gün K-1 qaydasız döyüş növü üzrə dünya çempionu, “Mauqli” ləqəbli idmançı Zabit Səmədov idman məktəbinin açılışını edib.

“Qafqazinfo” xəbər verir ki, məkan Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında faəliyyət göstərəcək.

Açılış mərasimində rəsmi şəxslər, tanınmış idmançılar, incəsənət nümayəndələri və başqaları iştirak edib. Tədbirə Z. Səmədov oğlu Mübariz və qızı Sibellə birgə gəlib. Tədbirə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev də qatılıb. O, Z. Səmədovla birgə açılış lentini kəsib.

Daha sonra zalla tanışlıq baş tutub. Aparıcı Murad Dadaşov “Zabit Səmədov döyüş məktəbi” barədə məlumat verib, 6 yaşından yuxarı hər kəsin bura üzv olacağını qeyd edib. Z. Səmədov isə mətbuata açıqlamasında döyüş məktəbinə mart ayından xarici idmançılarn müəllim kimi dəvət olunacağını bildirib. F

Həmçinin oxuyun

Əli polislə bağlı açıqlamasına görə cəzalandırıldı

“Sumqayıt” klubu israilli yarımmüdafiəçi Əli Babayevin Bakıda yol polisini aldatması ilə bağlı açıqlamasına sərt reaksiya …