Şənbə , Dekabr 15 2018
Ana səhifə / İdman / Voleybolçu qızlardan biabırçı nəticə – Yenə uduzdular

Voleybolçu qızlardan biabırçı nəticə – Yenə uduzdular

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, F qrupunda yer alan Faiq Qarayevin komandası II mərhələnin 4-cü oyununda da uduzub. Yığmamız bu dəfə Bolqarıstana məğlub olub – 0:3 (19:25, 20:25, 20:25).

Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda III mərhələni 6 xalla sonuncu – 8-ci pillədə başa vurub.

Qeyd edək ki, bu gün F qrupunda İtaliya – ABŞ, Türkiyə – Tailand, Çin – Rusiya oyunları keçiriləcək. Hazırda İtaliya 24 xalla liderdir. Çin 21, ABŞ 19, Rusiya 18, Türkiyə 12, Bolqarıstan və Tailand isə 11 xala malikdir. İlk 3 yeri tutanlar III mərhələyə vəsiqə qazanacaqlar.

VIPedu.BIZ

Həmçinin oxuyun

Rövşən Binnətli: “Yeganə çıxış yolumuz yerli futbolçuların yetişdirilməsindədir”

“Əvvəl düşünürdülər ki, xarici mütəxəssis yığmamıza rəhbərlik etsə yaxşı nəticələr göstərəcəyik. Ancaq bütün təcrübələr bu …