Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Vaxtında məlumat verilsəydi, iclasa qatılardım” – Qurban Qurbanov

“Vaxtında məlumat verilsəydi, iclasa qatılardım” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin dünənki iclasına qatılmamasının səbəbini açıqlayıb.

Təcrübəli mütəxəssis açıqlamasında ona vaxtında məlumat verilmədiyi üçün yığıncaqda iştirak etmədiyini bildirib:

“İclasın olacağını gec dedilər. Saat 3-də Zabit Səmədovun məktəbinin açılışına qatıldım. Sonra isə şəhərdən kənarda oldum. Mən də bu barədə məlumat verdim, gəlməyəcəyim halda problemin olub-olmayacağını soruşdum. Bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim”.

Qurbanov “Adətən komitənin iclasında iştirak etməyən üzvlərdən qəbul olunacaq qərarlarla bağlı fikirlərini soruşurlar. Sizdən nəsə soruşdularmı” sualına isə belə cavab verib: “Bu məsələlər adətən yerində müzakirə olunur. Ona görə də məndən heç nə soruşmayıblar. Artıq qərar qəbul olunub”.

Qeyd edək ki, İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Nikola Yurçeviç milli komandamıza baş məşqçi təyin olunub.Fanat.az

Həmçinin oxuyun

Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd …