Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Türkiyə millisinin yeni baş məşqçisi kim olacaq?

Türkiyə millisinin yeni baş məşqçisi kim olacaq?

UEFA Millətlər Liqasının C Liqasında mübarizə aparan Türkiyə ötən gün doğma meydanda İsveçə yenildi. Bu nəticədən sonra “ay-ulduzlu” komanda C liqasına düşdü.
Qaynarinfo xəbər verir ki, artıq baş məşqçi Mirça Luçeskununistefası gündəmə gəlib. Yerli medianın məlumatına görə, rumın mütəxəssis tezliklə postundan kənarlaşdırıla bilər.
“Sabah” qəzeti iddia edir ki, hazırda Türkiyə millisinin baş məşqçisi postuna iki namizəd var. Bunlardan biri Aykut Kocaman, digəri Şenol Günəşdi.
Bir neçə gün əvvəl “Konyaspor”un baş məşqçisi təyin olunan Aykut Kocaman Konya təmsilçisindən ilk təklifi alan zaman “Milli komandanı gözləyirəm” demişdi. Sonradan sonra Super Liqa təmsilçisi ilə anlaşdı. Onun yığmadan təklif gələcəyi halda qəbul edəcəyi deyilir.
Şenol Günəş isə “Beşiktaş”dan ayrılacağı şalda seçiminin milli komanda olacağı bildirilir.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …