Türkiyəli hakim dünya çempionatının oyununa təyinat alıb

Rusiyada keçiriləcək dünya çempionatında növbəti üç oyunun hakim təyinatları açıqlanıb.

“Report”un məlumatına görə, A qrupunda baş tutacaq Misir-Uruqvay matçı hollandiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Byorn Kyupers olacaq. Ona Sander Van Rokel və Ervin Zeynstra kömək edəcək.

B qrupunda baş tutacaq Portuqaliya-İspaniya qarşılaşmasını isə italiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Canluka Rokki, köməkçiləri isə Elenito di Liveratore və Mauro Tonolini olacaq.

B qrupunun digər oyunu – Mərakeş-İran görüşü türkiyəli hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi Cüneyt Çakır, yan xətt hakimləri isə Bahattin Duran və Tarık Orgun olacaq.

Qeyd edək ki, hər üç qarşılaşma iyunun 15-i baş tutacaq. Misir-Uruqvay görüşü Bakı vaxtı ilə saat 16:00-da, Portuqaliya-İspaniya görüşü saat 22:00-da, Mərakeş-İran görüşü isə saat 19:00-da başlanacaq.

Zdrave universal kremi zdrave forte