Azinforum.az Qol.az-a istinadən xəbər verir ki, matçın son anlarında “Ponferradina”nın futbolçusu rəqib qapıya aşırtma zərbə endirib. Top qapı xəttini keçdiyini anda oyunun baş hakimi Lopez Parra final fitini səsləndirib.

Futbolçular baş hakimin bu qərarına nə qədər etiraz etsələr də, referi qolu qeydə almayıb və matç 0:0 başa çatıb.