Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Şeydayev niyə Rusiya vətəndaşı kimi göstərilib? – Klubdan açıqlama

Şeydayev niyə Rusiya vətəndaşı kimi göstərilib? – Klubdan açıqlama

“Krılya Sovetov” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi Rusiya Premyer Liqasının rəsmi saytında bu ölkənin vətəndaşı kimi göstərib.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, klub bu addımın Şeydayevə işçi vizası almamaq üçün atıldığını açıqlayıb:

“Onun iki vətəndaşlığı var: Rusiya və Azərbaycan. O, Rusiya vətəndaşı kimi sifariş olunur. Çünki belə olan halda, qanunla iş üçün icazə almağa gərək yoxdur. Bu səbəbdən, Premyer Liqanın rəsmi saytında Rusiya vətəndaşı kimi göstərilib. Ancaq futbol qaydalarına görə, o, legioner sayılır. Çünki başqa ölkənin yığmasında çıxış edən oyunçu Rusiya millisinin formasını geyinə bilməz. Bu hüququ olmayanlar isə legioner hesab olunur”.

Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev avqustun 9-da Türkiyə təmsilçisi “Trabzonspor”dan ayrılıb. O, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib.

22 yaşlı hücumçu avqustun 17-də “Krılya Sovetov”la 1 illik müqavilə bağlayıb. O, Rusiyanın aşağı yaş qrupları üzrə bütün milli komandalarına çıxış edib. Lakin əsas yığma seçimini Azərbaycanın lehinə edib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …