Rus ayısı və ispan matadoru – kimin şansı tutacaq?

Bu gün 1/8 finalda daha iki qarşılaşma olacaq. Saat  18:00-da ev sahibi Rusiya millisi İspaniya ilə qarşı-qarşıya gələcək. Saat 22:00-da isə Xorvatiya – Danimarka oyunu başlayacaq.

İspanlar əvvəlki kimi təhlükəli rəqib deyil

Rusiya və İspaniya milliləri iki dəfə Avropa çempionatının qrupunda birgə mübarizə aparıblar. 2004-cü ildə qrup mərhələsində  İspaniya rusları 1:0 hesabı ilə məğlub edib. 2008-ci ildə də ispanlar Rusiya ilə bir qrupda oynayıblar. İspanlar Rusiyanın qapısından 4 top vurub, bir top buraxıb. Bu komandalar elə həmin çempionatda bu dəfə isə yarımfinalda qarşılaşıblar. Bu oyunda da İspaniya 3:0 hesabı ilə qalib gəlib. Bundan əlavə, milli komandalar 3 dəfə yoldaşlıq görüşündə güclərini sınayıblar. Bir oyunda ispanlar qələbəni bayram edib, iki oyun isə heç-heçə bitib.

İspaniya 11 mundialdır ki, ard-arda 1/8 vəsiqə qazanırlar.  Amma bunların yalnız beşində 1/8 mərhələni keçə biliblər. 

Rusiya-İspaniya qarşılaşması əgər bir neçə il əvvəl olsaydı, ürəklə ispanların qələbə  qazanacağını demək olardı. Statistika da onu göstərir ki, İspaniya millisi ruslar üçün həmişə çətin rəqib olub. Başqa bir maraqlı statistika da var. Rusiya 2002-2014-cü il aralığında keçirilən mundialların heç birində Avropa komandalarına qalib gələ bilməyib. Amma indi Avropa futbolunda da krizis yetişibmiş kimi görünür, bu Almaniyanın da, Polşanın da timsalında  göründü, İspaniyanın zəif çıxışında da.

Rusya İspanya DÇ 2018 ile ilgili görsel sonucu

İspaniya qrup mərhələsində yalnız İranı minimal hesabla məğlub edib, Portuqaliya və Mərakeşlə bərabərə qalıb. İki son  oyunda 5 top vursa da, qapısından da  5 top buraxıb. İspaniyanın bu uğursuz çıxışını komandanın baş məşqçisinin mundial başlayan kimi postundan uzaqlaşdırılması ilə də əlaqələndirmək olar. Amma İspaniya komandasında oynayanlara məşqçinin dərs keçməsinə, nəyi necə etməyi öyrətmək kimi bir dərdləri yoxdur axı…Əsas problem budur ki, həm Almaniya, həm Polşa və belə görünür ki, həm də İspaniya (Avropa millilərdən başqa da var) bu mundiala yaxşı hazırlaşmayıblar. Bunu almanlar  artıq etiraf edib, İspaniya da etiraf edəcək. Qrup mərhələsinin 5 xalla lider kimi başa vurmaq hələ heç nə demək deyil.

Rusiya mundialda ilk dəfə yaxşı futbol oynaya bilən komandayla-Uruqvayla qarşılaşan kimi büdrədi. Bunu yazmışdıq və gözlənilən də oldu. Rusiya əslində çempionata pis hazırlaşmayıb. Ev sahibi kimi seçmə mərhələdə iştirak etməmək bir tərəfdən komanda üçün müəyyən problem olsa da, mundiala hazırlaşmaq üçün kifayət qədər zaman olur. Amma Rusiya bu mundialda xüsusi iddiası olmayan komandalar sırasındadır. Rusiya İspaniyanın əvvəlki kimi təhlükəli rəqib hesab etmir və bu mərhələni aşmaq istəyindədirlər. Milliyə rus azarkeşinin fantastik dəstəyi var, ruslar da öz güclərinə inansalar, məncə, İspaniyaya 1/8 səddini aşmaq o qədərdə də rahat olmayacaq. Ev sahibləri ilə oynamaq istənilən nkomanda üçün çətindir.

Rusya İspanya DÇ 2018 ile ilgili görsel sonucu

Komandanın yeni baş məşqçisi Fernando Yerro da  1/8 finala çıxmalarına baxmayaraq, komandada problemlər olduğunu etiraf edib: “Qrup mərhələsi bizim üçün çətin alındı. Ancaq qrup lideri olmağı bacardıq. Öz oyunumuzu yaxşılaşdırmalıyıq. 3 oyunda 5 qol buraxmışıq. Bu, irəli addım deyil. Bəxtimiz gətirdi ki, qrupda birinci olduq. İndi özümüzə qarşı daha tələbkar olmalıyıq. Çünki belə asanlıqla qollar buraxsaq, məqsədimizə çatmaq çətin olacaq”.

İspaniya millisinin kapitanı Serxio Ramos da öz ölkəsinin mətbuatına müsahibəsində Rusiya ilə oyunun çətin olacağını etiraf edib. “Ancaq ümid edirəm ki, Rusiyaya qarşı parlaq oyun nümayiş etdirəcəyik. Rusiya yüksək səviyyədə oynayır. Ancaq biz öz oyunumuzla diktə edə bilərik. Bunun mümkün qədər tez göstərkmək istəyirik” deyə, o bildirib.

russia world cup 2018 ile ilgili görsel sonucu

İspaniya Rusiya ilə bugünkü qarşılaşmada daha tez qol vurmağa, sürətli oyun taktikasına üstünlük verərsə, oyunu uğurlu sonluqla başa çatdıra bilər. Rusiya sürətli futbolda özünü toparlaya bilmir. Bu oyunda  aşkar fovarit yoxdur, şanslar bərabərdir. Rusiya İspaniyanı evə göndərsə, bu sürpriz olmaz…

Xorvatiya çempionluğa layiqdir, amma…

Xorvatiya və Danimarka millisi indiyədək 5 dəfə üz-üzə gəliblər.  1996-cı il Avropa çempionatının final mərhələsində bir qrupda mübarizə aparıblar. Xorvatiya qrup oyununda 3:0 hesabı ilə qalib gəlib. 1998-ci ildə dünya çempionatının seçmə mərhələsində iki oyunda üz-üzə gəliblər. Danimarka öz meydanında 3:1 hesabı ilə üstün olub. Zaqrebdəki görüşdə isə oyun 1:1 bitib. Daha iki oyun yoldaşlıq görüşü çərçivəsində olub. 1999-cu ildə Xorvatiya öz meydanında 0:1 hesabı ilə məğlub olub. 2004-cü ildə isə Xorvatiya rəqib meydanda 1:2 hesablı qələbə qazanıb.

Xorvatiya qrup mərhələsində  maksimum xal toplayan iki komandadan (Belçika da 9 xal topladı ) biridir. 1/8 finala artıq ikinci turda təmin edən Xorvatiya millisi  İslandiya ilə son tur qarşılaşmasına ehtiyat heyətlə çıxsa da, yenə də qələbəni əldən vermədi(1:2).

Xorvatiya beşinci dəfədir dünya çempionatına qatılsa da, özünü çox tez tanıda və rəqiblərinin gözünü qorxuda bilib. Əlbəttə ki, güclü oyunçuları sayəsində.

Dünya çempionatlarında ilk dəfə 1998-ci ildə iştirakçı olan Xorvatiya millisi üçüncülük əldə etdi.  2002, 2006, 2014-cü illər isə Xorvatiya üçün uğursuz hesab oluna bilər. Xorvatiya məlum olduğu kimi, mundiala pley-off mərhələsindən gəlib. Komanda Yunanıstana ilk oyunda 4:1 qalib gəldi, Afinada isə heç-heçəyə nail oldu. Komandanın həm hücum, həm müdafiə xətti etibarlı oyunçulardan qurulub. Bu komanda mundialda istənilən rəqiblə oynamaq və qalib gəlmək gücündədir. Bu səbəbdən Xorvatiya millisinin adı dünya kubokuna iddialı üç ölkə arasında çəkilir.

Komandanın baş məşqçisi Zlatko Daliç İslandiya ilə oyunda sübut etdi ki, onun hətta ehtiyat oyunçuları  belə güclü komandalara qalib gəlmək gücündədir. Xorvatiyanın xüsusilə Argentina üzərində  3:0  hesablı qələbədən sonra komandanın birincilik şansları haqda daha çox danışılmağa başladı. Xorvatiyada komanda oyunu xüsusi diqqət çəkir. Mario Mandjukiç, İvan Perişiç, Luka Modriç, Mateo Kovaçiç kimi ulduz futbolçuları  komandanın yarımmüdafiə və hücum xəttində deyil, hər yerdə görmək mümkündür.

croatia world cup 2018 ile ilgili görsel sonucu

Xorvatlar Avro-2016-da da yaxşı təşkil olunmuş komanda idi və həmin heyət yenə meydandadır. Təəssüf ki, çempionluğa layiq olan Xorvatiya Portuqaliya kimi “sürünən” komandaya məğlub oldu. Xorvatiya həm də bəxtsiz komanda hesab oluna bilər. Onlar hərdən özlərindən zəif rəqiblə oynaya bilmirlər.

Danimarka zəif rəqib hesab oluna bilməz, amma Xorvatiya ilə baş-başa gələcək oyun göstərməyiblər.

Danimarka mundialda beşinci dəfə gücünü sınayır. 1986, 1998, 2002, 2010-cu illərdə mundiala qatılan Danimarka millisinin ən güclü heyəti 1998-cı ildə olub. Komanda 1/4 final qədər irəliləyib.  Qeyd edək ki,  Danimarka millisi də mundiala  əlavə matçda İrlandiyaya böyük hesablı qələbə sayəsində vəsiqə əldə edib.

Qrupda Peru ilə qarşılaşmada minimal hesabla qalib gələn Danimarka millisi qalan iki görüşdə heç-heçə oynayıb.  Xüsusilə qrupda Fransa ilə son qarşılaşmadakı mənasız oyunları hələ də yadda çıxmayıb. Danimarkanın bu oyunda qalib gəlmək şansı yoxdur. Amma “pley-off” etibarsız mərhələdir, bir səhv hər şeyi həll edə bilir. Xorvatiyanın belə səhvə qurban getməməsini arzulayaq… (Musavat.com)

Zdrave universal kremi zdrave forte